“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası QSC-nin nümayəndə heyətləri ilə görüş keçirilib.
QSC-dən Trend-ə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr, vaqon parkının hazırkı vəziyyəti haqqında ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycan dəmiryolçuları Rusiyalı həmkarları ilə əlaqələrin genişləndirilməsinə həmişə yüksək önəm verir.“Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası QSC-nin baş direktoru Oleq Sienko çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.
Əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi, Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
Tədbirin sonunda müvafiq protokol imzalanıb.
Trend-in “Uralvaqonzavod”un saytına istinadən verdiyi məlumata görə, protokola əsasən zavod Azərbaycana 2.900 yük vaqonu satacaq.