Azərbaycan prezidenti İlham Əliyev bir sıra inzibati-iqtisadi məhkəmələrin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, sərəncama əsasən, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:Rəşid Şükür oğlu Rzayev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.
Çingiz Adil oğlu Bəşirov Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.
Usaməddin Hidayət oğlu Osmanov isə Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilib.