Onun qoz ağacından hazırlanmış tabutda dəfn edilməsi birbaşa ailə üzvlərinin istəyindən asılıdır. Bu sözləri Axar.az-a Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Aydınqızı deyib.
Onun sözlərinə görə, vəsiyyət həyata keçirilməzdən öncə, mərhumun bu cür istəyi barədə ciddi dəqiqləşdirilmə aparılmalıdır:“Bizim şəriət qaydalarına görə, ölmüş şəxsin tabutda basdırılması yolveriləzdir, amma şəxs ölümündən qabaq belə bir vəsiyyətlə çıxış edibsə, ailəsinin istəyinə uyğun olaraq həyata keçirmək olar.
Amma bunu etməzdən öncə, onun bu məzmunda rəsmi vəsiyyətinin olub-olmamasını dəqiqləşdirmək lazımdır”.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuatla iş sektorunun müdiri İntiqam Hümmətov isə sənətkarın şəriət qaydalarına uyğun dəfn ediləcəyini deyib.
Qeyd edək ki, sənətkar sabah II Fəxri Xiyabanda dəfn olunacaq.