İlhamə Quliyeva ilə vida mərasimi sabah keçiriləcək - RƏSMİ

İlhamə Quliyeva ilə vida mərasimi sabah keçiriləcək - RƏSMİ backend

Xalq artisti İlhamə Quliyeva sabah dəfn olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuatla iş sektorunun müdiri İntiqam Hümmətov APA-ya bildirib ki, xalq artisti ilə vida mərasimi fevralın 26-da saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.

İ. Quliyeva II Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, xalq artisti bu gün səhər 73 yaşında vəfat edib.