Qusar rayon Dövlət rəsm qalereyasında “Xocalı harayı” adlı rəsm sərgisi təşkil edilib. Axar.az xəbər verir ki, fevralın 29-na qədər davam edəcək sərgidə 40-a qədər rəsm əsəri nümayiş olunur.
Sərginin açılış günündə sərgi iştirakçılarının və qonaqların qarşısında çıxış edən qalereyanın bələdçisi Nərgiz Hüseynəliyeva Xocalı faciəsinin acı nəticələri, erməni qəsabkarlarının uşaqlara, qocalara qarşı etmiş olduğu insanlığa sığmayan hərəkətləri haqqında məlumat verib.Qusarda “Xocalı harayı”

