Aprelin 1-dən təyyarə baqajında smartfon akkumulyatorlarının daşınması qadağan ediləcək

Aprelin 1-dən təyyarə baqajında smartfon akkumulyatorlarının daşınması qadağan ediləcək backend

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) aprelin 1-dən etibarən sərnişin təyyarələrində litium-ion akkumulyatorlarının daşınmasına qadağa tətbiq edəcək. İKT.lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, qadağa "ICAO"-ya üzv bütün 191 iştirakçı ölkəyə şamil olunur.

Qeyd edək ki, burada söhbət baqajdan gedir, qadağa əldə aparılan yükdə akkumulyatorlu qurğulara aid deyil. Baqajda fotoaparat, smartfon və digər elektronikada istifadə edilən akkumulyatorların daşınmasının qadağan edilməsi onların alışa bilməsi təhlükəsinə görə tətbiq edilib. Qadağa litium-ion akkumulyatorları üçün yeni standart odadavamlı qablaşdırıcı hazırlananadək qüvvədə olacaq.

Müasir sənaye milyardlarla litium-ion batareyası istehsal edir. Onlardan mobil telefon və noutbuklar daxil olmaqla məişət texnikasında, eləcə də digər alətlərdə istifadə olunur. Müasir, hətta kiçik təyyarələrdə 500-dək litium batareya daşımağın mümkün olmasına baxmayaraq, baqaj bölməsində bir reyslə bəzən on minlərlə belə akkumulyator daşınır.