Sabiq millət vəkili Dünyamin Xəlilov həbs edilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, D.Xəlilov Daxili İşlər NazirliyiBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bir müddət əvvəl barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
D.Xəlilov Bakı İstintaq Təcridxanasına köçürülüb. Bakı İstintaq Təcridxanasından APA-ya bildirilib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilmiş D.Xəlilov fevralın 20-də təcridxanaya gətirilib.
Qeyd edək ki, sabiq deputat D.Xəlilovun Beynəlxalq Bankla bağlı cinayət işində adı keçir. “Globus Plaza”nın sahibi olan D.Xəlilov dələduzluqda təqsirləndirilir.