Ali məktəblərdə bu kafedra ləğv oluna bilər - RƏSMİ

Ali məktəblərdə bu kafedra ləğv oluna bilər - RƏSMİ backend

“Təhsil Nazirliyi ali təhsil müəssisələrinə təhsil alanların maraq çevrəsinə uyğun olaraq, daha faydalı şəkildə bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün Bədən tərbiyəsi və idman kafedralarının bazasında idman klubunun təşkil olunmasını tövsiyə edib”.

Lent.az-ın məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, nazirlik müəllimlərin bu klublarda idman növləri üzrə məşqçi vəzifəsinə götürülməsi və tələbələrin fiziki hazırlığının bölmələrdə aparılmasını istəyir. “Bu da hər bir tələbənin marağına uyğun olaraq, formal deyil, daha effektli bədən tərbiyəsi və idmanla məşğul olmasına zəmin yaradır. Bu tədris ilində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və digər universitetlərdə yeni təşəbbüs uğurla tətbiq olunub və tələbələr öz maraq dairələrinə uyğun olaraq idman klublarında idmanın müxtəlif növləri ilə məşğul olurlar. Deməli, müvafiq universitetin tələbəsi bədən tərbiyəsi ilə formal saatlarda deyil, daha sistemli şəkildə klub və bölmələrdə öz fiziki sağlamlığını möhkəmləndirir. Bu təcrübə dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil müəssisələrində də eynidir”.
Diaspora