Bu gün Azərbaycanda dövlət qurumlarının saytlarına giriş məhdudlaşıb. Axar.az xəbər verir ki, dövlət orqanlarının rəsmi saytlarına artıq bir neçə saatdır ki, daxil olmaq qeyri-mümkündür.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, rəsmi qurumların internet səhifələrinə Xüsusi Dövlət Mühafizə Xidməti nəzarət edir.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən (CERT) verilən məlumatda problemin aparılan profilaktik işlərlə əlaqəli olduğu bildirilib. Yaxın zamanda saytların işini bərpa edəcəyi vurğulanıb.
Hazırda rəsmi saytların fəaliyyəti tam bərpa edilib.