Dövlət Sosial Müdafiə Fondunuda yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan QAZİLER.AZ-a verilən məlumata görə, iclasda Şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər müzakirə olunub. Bildirilib ki, Apellyasiya Şurasının yaradılmasından sonra Fondun sədrinin müvafiq əmrləri ilə Şuranın və onun katibliyinin tərkibi təsdiq edilib.
İclasda şura tərəfindən sahibkarların şikayətlərinin araşdırılmasının çevikliyinin təmin edilməsi, əsassız yazışmalara yol verilməməsi və işin səmərəli təşkili üçün meyarların müəyyən olunması, şuranın katibliyinin fəaliyyətini tənzimləyən metodiki reqlamentin hazırlanması və sahibkarların elektron qaydada da müraciət etməsi üçün texniki imkanların yaradılması işlərinin sürətləndirilməsi qərara alınıb.Qeyd edək ki, DSMF sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasının tərkibinə Fondun məsul əməkdaşları daxildir.