Ötən gecə Bakının Binəqədi rayonunda uşaq bağçasında yanğın olub. QAZİLER.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılmış əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb.
Yanğın zamanı 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub.Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saatlarında söndürülüb.