“Yeni Üfüq“ Xocalı qurbanlarını andı

“Yeni Üfüq“ Xocalı qurbanlarını andı backend

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirib. Birlikdən Lent.az-a verilən məlumata görə, "Yeni Üfüq”ün sədri Sevinc Əzimbəyli bildirib ki, Xocalıda baş verənlər ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım aktıdır. Onun sözlərinə görə, 1992-ci ilin 26 fevralında baş verən soyqırım zamanı qocalar, qadınlar, uşaqlar düşmən gülləsi ilə şəhid olublar, sağ qalanların bir qismi isə soyuqdan donaraq həyatlarını itiriblər: “Bu hadisə Qarabağ müharibəsi zamanı dövlətimizin, millətimizin qarşılaşdığı ən böyük faciədir. Lakin bu gün elə vətəndaşlarımız var ki, Xocalıya, orada şəhid olanlara laqeyd yanaşır, hətta bu soyıqırımı inkar edir. Belə insanlara imkan verməməliyik ki, Azərbaycana qarşı bu cür çirkin niyyətlərini həyata keçirsinlər.

Əminəm ki, Xocalıda, bütövlükdə Qarabağda şəhid olan bacı və qardaşlarımızın narahat ruhu torpaqlarımız işğaldan azad olunduqdan sonra sakitlik tapacaq. Bu gün borcumuz Qarabağın azadlığı yolunda birgə mübarizə aparmaqdır”.
Tədbirin sonunda şəhidlərin adına ehsan süfrəsi açılıb.