Azərbaycan prezidenti fevralın 23-də İrana səfər edəcək

Azərbaycan prezidenti fevralın 23-də İrana səfər edəcək backend

Azərbaycan prezidenti İlham Əliyevin Irana səfərinin tarixi açıqlanıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevlə görüşündən sonra səfərin fevralın 23-də baş tutacağını deyib.

Onun sözlərinə görə, prezidentin başçılığı ilə nümayəndə heyətinin Tehran səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10-dan artıq sənəd imzalanacaq.