Otelin qarşısında güllələnən şəxs ikiqat Azərbaycan çempionu imiş

Otelin qarşısında güllələnən şəxs ikiqat Azərbaycan çempionu imiş backend

Faktla bağlı cinayət işi açılıb

Fevralın 21-nə keçən gecə Gəncədə "Kəpəz" otelinin qarşısında avtomobildə güllələnərək qətlə yetirilən 32 yaşlı Elmir Cəlilovun peşəkar idmançı olması məlum olub.

Qaziler.az Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev sosial şəbəkə vasitəsi ilə ikiqat Azərbaycan çempionu E.Cəlilovun vəfatı ilə bağlı mesaj yayıb. O, idmançının ölümünü böyük itki adlandırıb və ailəsinə başsağlığı verib.

E.Cəlilov ailəli, 2 uşaq atası olub.

Qeyd edək ki, qətli törədən şəxs və ya şəxslər hələlik tutulmayıb. Qətlin hansı səbəbdən, hansı şəraitdə törədilməsi də məlum deyil.

Araşdırmalar davam etdirilir.