RYTN-nin daha bir sabiq əməkdaşının həbs müddəti uzadıldı

RYTN-nin daha bir sabiq əməkdaşının həbs müddəti uzadıldı backend

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs edilmiş daha bir sabiq əməkdaşının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Qaziler.az bildirir ki, Trend-n məlumatına görə, ötən ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən “Aztelekom” MMC-nin sabiq baş mühasibi Oqtay Rüstəmov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Bu il fevralın 21-də barəsindəki 3 aylıq həbs müddəti bitən O.Rüstəmovun həbs müddəti məhkəmənin qərarı ilə daha 3 ay artırılıb.

Xatırladaq ki, O.Rüstəmov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilib.