Ötən il qanvermə aksiyalarında 75 mindən çox insan iştirak edib

Ötən il qanvermə aksiyalarında 75 mindən çox insan iştirak edib backend

Ölkədə əvvəlki illərlə nisbətdə tədarük olunan qanın həcmi artıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2015-ci ildə respublika üzrə keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük edilib. 2014-cü ildə isə bu göstərici 36 ton 193 litr təşkil edib.

Nazirlikdən bildirilib ki, qanvermə aksiyalarında iştirak edən könüllü donorların sayının artması müşahidə olunur. 2015-ci ildə qanvermə aksiyalarında 75184 nəfər iştirak etmişdisə, 2014-cü ildə analoji göstərici 72697 nəfər təşkil edib.
Donor qanının əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb.

Ümumilikdə, 2015-ci ildə, Aşura günü keçirilən tədbirlər nəzərə alınmadan, 318 qanvermə aksiyası keçirilib.

Qeyd edək ki, tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.