Bu gün səhər saat 08:26-da metronun “Həzi Aslanov” - “Dərnəgül” xətti istiqamətində hərəkət edən 38 saylı marşrutda nasazlıq yaranıb.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, nəticədə qatar təxminən 10 dəqiqə gecikib.N. Paşayevin sözlərinə görə, metronun "Nizami" - "Elmlər Akademiyası" stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana gəlib: "Sərnişinlər düşürdülüb və qatar depoya göndərilib. Buna görə də interval pozulub və digər qatarlarda da gecikmə yaranıb".
N. Paşayev qeyd edib ki, həmin istiqamətdə xəttə əlavə qatar buraxılıb və yaxın vaxtlarda interval bərpa olunacaq.