Xəbər verildiyi kimi ermənilərin cəbhə xəttində atəşkəsi pozması nəticəsində Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü 11-ci sinif şagirdi Məmmədov Coşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb.
Dünən Ağdam rayonuna səfər edən Millət vəkili Aqil Abbas və Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan məktəbliyə baş çəkiblər. A. Abbas Coşqun Məmmədovun səhhəti ilə yaxından maraqlanıb, Coşqunla və valideynləri ilə söhbət edib.
Daha sonra millət vəkili Ağdam Mərkəzi Rayon Xəstəxanasının həkimləri ilə də görüşüb, onlardan Coşqun Məmədovun son durumunu öyrənib.

Adalet.az-a açıqlamasında Aqil Abbas Coşqun Məmmədovla söhbət etdiyini təsdiqləyərək bildirib: "Coşqun Məmmədov ona səhhətinin yaxşı olduğunu, daha da yaxşı olacağını və orta məktəbi bitirib hərbçi olacağını, torpaqlarımız uğrunda döyüşəcəyini ürəklə, yaşına uyğun olmayan bir cəsarətlə söylədi və onu da əlavə etdi ki, o, Ali Baş Komandanımız İlham Əliyevə sadiq hərbçi olacaq!”.

