DSMF sədri Elman Mehdiyev İmişlidə məcburi dövlət sosial sığorta ödəyicilərini və pensiyaçıları qəbul edəcək

DSMF sədri Elman Mehdiyev İmişlidə məcburi dövlət sosial sığorta ödəyicilərini və pensiyaçıları qəbul edəcək backend

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan QAZİLER.AZ saytına daxil olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev İmişlidə məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF sədri Elman Mehdiyev 18 mart 2015-ci il tarixdə, saat 11:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
İmişli rayon şöbəsində (02124) 6-36-68
Saatlı rayon şöbəsində (02128) 5-27-02
Sabirabad rayon şöbəsində (02123) 5-50-56
Cəbrayıl rayon şöbəsində (02638) 4-62-02
Beyləqan rayon şöbəsində (02122) 5-29-63
Xocavənd rayon şöbəsində (02122) 3-52-17
Füzuli rayon şöbəsində (02631) 5-54-06


Qəbulda iştirak edəcək vətəndaşların martın 18-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
Diaspora