Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan əməkdaşlarının həbs müddəti uzadılıb.
Vəkil Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, Səbail rayon Məhkəməsinin qərarı ilə İlham Mahmudov, Orxan Omsanov, Akif Əliyev və Mehman Abdullayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.Qeyd edək ki, həmin şəxslər "MTN işi" ilə bağlı həbs olunublar.