Ziyafət Əsgərov Şura üzvlüyünə namizəd oldu

Ziyafət Əsgərov Şura üzvlüyünə namizəd oldu backend

Hüquq Şurasının (MHŞ) üzvlüyünə irəli sürülüb. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu barədə parlamentin hazırladığı qərar layihəsində bildirilir. Qərar layihəsində deyilir: ““Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 6.2.4-cü maddəsinə uyğun olaraq Milli Məclis qərara alır:


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclis sədrinin birinci müavini, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin”.

Qərar layihəsi parlamentin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir müddət əvvəl MHŞ üzvlüyündən çıxdığı üçün həmn yer boş qalıb.