Türkiyə İŞİD və PYD-nin mövqelərini bombaladı

Türkiyə İŞİD və PYD-nin mövqelərini bombaladı backend

Ötən gün Türkiyə Silahlı Qüvvələri Suriyanın bir neçə bölgəsini bombardman etməyə başlayıb. APA TV-nin məlumatına görə, Suriyanın Bab bölgəsindən İŞİD terrorçu qruplaşması tərəfindən Türkiyə ərazisi atəşə tutulub. Buna qarşılıq olaraq Türkiyə Ordusu "Fırtına" topları və tanklarla İŞİD terrorçularının olduğu bölgəni atəşə tutub.


Bundan başqa, Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qanadı olan PYD terrorçularının nəzarətində olan sərhədə yaxın bölgələri hələ də bombalayır.

Türkiyə mətbuatının yazdığına görə, Türkiyə ordusunun Suriya ərazisini bombalaması nəticəsində 150-yə yaxın terrorçu öldürülüb. Onların ölümü Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar vasitəsilə çəkilib.



Türkiyənin baş naziri Əhməd Davudoğlu və milli müdafiə naziri İsmət Yılmaz Suriya ərazisinin bombardman edilməsi barədə açıqlama verib. Əhməd Davudoğlu bəyan edib ki, YPG və PYD terror təşkilatları kürdlərin və Suriyanın təmsilçisi deyil, Rusiyanın legioner, muzdlu əsgərləridir.