Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilib backend

Fevralın 16-da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qonaqlar, əvvəlcə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, eyni zamanda, Multi-media Mərkəzinin fəaliyyəti ilə tanış olublar.


Sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə hərbi attaşelərə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər, nazirliyin beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə, həmçinin, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə həsr olunmuş sənədli film və keçirilmiş irimiqyaslı təlimdən bəhs edən videoçarx nümayiş olunub.