Ötən il Azərbaycanda 17 mindən çox insanı heyvan dişləyib

Ötən il Azərbaycanda 17 mindən çox insanı heyvan dişləyib backend

2015-ci ildə Azərbaycanda baş vermiş heyvan dişləmələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva APA-ya açıqlamasında deyib ki, ötən il Azərbaycanda 17 762 heyvan dişləməsi qeydə alınıb. O bildirib ki, bunlardan 15 334-i it, 1540-ı pişik, 561-i siçovul, 327-si isə başqa heyvanlardır.


Şöbə müdiri qeyd edib ki, 2014-cü illə müqayisədə 2015-ci ildə dişləmələrin sayı 17,3 faiz artıb.