“Baku Bus”da sürücü işləmək istəyənlər üçün təlimlərə başlanıb.
“Baku Bus” MMC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 25-40 yaş arası “D” kateqoriyalı və ictimai nəqliyyatın idarə edilməsində minimum 3 illik əmək stajı olan sürücülərin hazırlığı üzrə idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ödənişli proqram layihəsinə başlanılıb. Məşğələlər “ Yol hərəkəti qaydaları “, “Nəzəri dərslər “ , “Praktiki məşğələlər “ , “Təhlükəsiz idarəetmə məşqləri” , “Psixoloji dərslər və ilk tibbi yardım , Təhlükəsizlik qaydaları “, “Şəhərdə sürmə testi və baş vermiş qəzaların analizi “ olmaqla 7 mövzunu əhatə edəcək. 10 gün davam edəcək təlimin sonunda “ Baku Bus “ MMC-yə məxsus avtobuslarda xidmətə tam hazır olmaq artıq sürücülərin öz əlindədir. Avstriyada təlim keçən yüksək peşəkar mütəxəssislər bu işdə sürücülərin bələdçisi olacaqlar.
Test&Training Azerbaijan – Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu kurslar sürücülərə sürücülük peşəkarlığını artırmaq imkanı verir.
Qeyd edək ki, təlimdən uğurla keçən sürücülər 4 ay müddətində “BakıBus” MMC-də işlə təmin olunacaqlar.