Bu gün Azərbaycan Dillər Universitetindəki Amerika Mərkəzində silsilə tədbirlərin açılış mərasimi təşkil olunub.
Açılış mərasimində çıxış edən universitetin rektoru, millət vəkili Səməd Seyidov Amerika Mərkəzinin Azərbaycan Dillər Universitetində 8 il əvvəl açıldığını deyib: “O vaxtdan bəri mərkəz yenilənib, genişlənib, müasir texnologiyalarla təchiz olunub. Bu mərkəz ABŞ təhsilini, mədəniyyətini, texnoloji inkişafını tələbələrə, müəllimlərə nümayiş etdirir. ABŞ dünyanın aparıcı ölkələrindən biridir. Bu ölkə Azərbaycan üçün strateji əhəmiyyyət kəsb edir. Münasibətlərimiz müxtəlif sahələri əhatə edir. ADU-da müxtəlif dillər tədris olunur. Ən çox yer isə ingilis dilinə verilib”.Sonra çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, bu tədbirin məqsədi rəngarəng ABŞ mədəniyyətini azərbaycanlılarla bölüşməkdir: “Bu günlər ərzində ABŞ mədəniyyət nümunələri, rəqsi, rok müsiqisi təqdim olunacaq. Ümid edirəm ki, bu tədbirdən zövq alacaqsınız. Azərbaycandakı fəaliyyətim ərzində qarşıdakı illərdə sizinlə daha sıx işləməyi səbrsizliklə gözləyirəm”.
Daha sonra tədbir çərçivəsində təşkil olunmuş sərgiyə baxış keçirilib. Xatırladaq ki, sərgidə Azərbaycan ota və ali təhsil müəssisələrindən tələbə və şagirdlərin əl işləri nümayiş olunub. Tədbirlərin yekununda, yəni martın 14-də 3 nəfərin rəsm əsəri seçilərək ABŞ səfirliyi tərəfindən mükafatlandırılacaq.