Nardaranda sakitlikdir

Nardaranda sakitlikdir backend

Son günlərdə Nardaran qəsəbəsindəki polis postlarının sayı xeyli azaldılıb. Qəsəbədə yeni açılmış 42-ci Polis Bölməsindən Lent.az-a bildirilib ki, burada asayiş tam təmin edilib və son günlərdə kimsə saxlanılmayıb.

O da bildirilib ki, Nardaranda tikinti-quruculuq işləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Nardaranda yenidən bir neçə nəfərin saxlanılması ilə bağlı xəbərlər yayılıb.