“Aztelekom” MMC-nin keçmiş baş direktoru Məhəmməd Məmmədov həbs-qətimkan tədbiri uzadılıb. Lent.az-ın məlumatına görə, Binəqədi rayon Məhkəməsində M. Məmmədovun barəsində olan həbs qəti imkan tədbiri 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda “Aztelekom”MMC-nin baş direktoru Məhəmməd.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, keçən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. Onun barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.