Təmir işləri sabah axşam qədər yekunlaşdırılacaq.
Bu gün Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.Qaziler.az bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında bildirdi ki, İstiqlaliyyət küçəsində asfalt örtüyünün yenilənməsi işlərinə start verilib.
“Bu səbəbdən Niyazi küçəsindən İstiqlaliyyət küçəsinə hərəkət qismən məhdudlaşdırılıb. Amma Şeyx Şamil küçəsindən İstiqlaliyyət küçəsi istiqamətində hərəkət edən sürücülər üçün məhdudiyyətlər qoyulmayıb”,-deyə Vaqif Əsədov bildirdi.
Vaqif Əsədov qeyd etdi ki, sürücülər alternativ yol kimi Rəşid Behbudov küçəsi ilə Füzuli küçəsindən keçməklə həmin istiqamətlərlə hərəkət edə bilərlər.