Azərbaycanda oxucusu az olan, oxucu ilə lazımı səviyyədə işləməyən, müasir dövrün tələblərinə cavab verməyən kitabxanalar birləşdiriləcək və ya bağlanacaq.
Qaziler.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyindən ATV.az-a verilən məlumata görə, 2011-ci ildən başlanılıb və Nazirlər Kabinetinin qərarı ilə kitabxanaların yeni strukturu təsdiq edilib. Artıq ölkədə 800-dən çox kitabxana birləşdirilib və bağlanılıb. Bunlar binası təhlükəli, qəza vəziyyətində olan, kitabxana fondu, oxucusu olmayan, çox kiçik kəndlərdə yerləşən kitabxanalar olub.Müasir dövrün tələblərinə cavab verməyən kitabxanalar birləşdiriləcək və ya bağlanacaq. Monitorinq əsasında yaxşı işləməyən və günün tələbinə cavab verməyən, oxucusu olmayan kitabxanalar müəyyənləşdiriləcək.Hazırda ölkədə 2800-ə yaxın kitabxana var. Onlardan 80-ni mərkəzi kitabxanadır.