“Skayp“da virus - danışıqlarınız yazıla bilər

“Skayp“da virus - danışıqlarınız yazıla bilər backend

“Skayp” sosial şəbəkəsində təhlükəli virus yayılıb.

"Skayp" istifadəçiləri diqqətli olsunlar. Çünki, “T9000” adlı xüsusi proqram sizin bu sosial şəbəkədəki danışıqlarınız və şəxsi məlumatlarınızı oğrulaya bilər. Bu təhlükəli virusdan qorunmaq üçün mütəxəssislərin məsləhətləri var.

Qaziler.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, “T9000” adlı troyan virusu sosial şəbəkəsində danışıqları və yazıları başqasının əlinə keçməsinə imkan verir.

Mütəxəssislər deyirlər ki, əgər kompyuterinizdə antivirus yoxdursa, bu virus asanlıqla yayıla bilir.

İri şirkətlərin məlumatını oğurlamaq üçün yaradılan bu virusdan qorunmaq üçün bir sıra qabaqlayıcı addımlar atılmalıdır.