Qara siyahıya düşdülər

Qara siyahıya düşdülər backend

Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Mətbuat Şurasından APA-ya verilən xəbərə görə, Şikayətlər üzrə Komissiyasının son üç iclasında 7 Kütləvi İnformasiya Vasitəsi ilə bağlı çıxardığı rəylər nəzərdən keçirilib.

“Yüksələn Azərbaycan”, “Azərbaycan naminə”, “Haqqın sədası press” qəzetləri, jam.az və iskra.az saytlarının Mətbuat Şurasının “qara siyahı”sına daxil edilməsi üçün təqdimat hazırlanıb.

Komissiya Maqnat.tv saytının Ağcabədi Rayon Təhsil Şöbəsindən üzr istədiyini, şikayət doğuran yazını saytdan çıxardığını nəzərə alaraq həmin KİV-ə Şuranın xəbərdarlığının edilməsini məqsədə müvafiq sayıb.

Azerinfo.az saytı barədə də eyni ölçünün götürülməsi məntiqi hesab edilib. İclasda digər məsələlərlə əlaqədar araşdırmaların davam etdirilməsi razılığına gəlinib.

Bu məsələlər barədə də “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən təkliflər hazırlanaraq Şuranın İdarə Heyətinə təqdim olunacaq.
Diaspora