Ukraynadan yola düşən ikinci qatar bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumatına görə, Ukraynanın İliçevsk dəniz limanından yanvarın 7-də Ukrayna-Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) 32 vaqondan ibarət ikinci qatar yola düşüb.
Qatar saat 23:00 radələrində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq. Qatarın tərkibindəki vaqonlardan 1-i Qazaxıstanın Aktau limanına, 31-i isə Türkmənistanın Türkmənbaşı limanına təyinatı üzrə yola salınacaq.Vaqonların yükü ərzaq məhsullarından və dəmir məmulatlarından ibarətdir.