Azərbaycan daha 5 “Stadler” elektrik qatarı ala bilər

Azərbaycan daha 5 “Stadler” elektrik qatarı ala bilər backend

Azərbaycan “Stadler Minsk” müəssisəsindən daha 5 ədəd elektrik qatarı ala bilər. AZƏRTAC “belta.by” saytına istinadla xəbər verir ki, bu barədə İsveçrənin "Stadler Rail Group" şirkətinin rəhbəri və İdarə Heyətinin sədri Peter Şpuler deyib.

Onun sözlərinə görə, Azərbaycanla imzalanan müqavilə 5 qatarın alınmasını nəzərdə tutur. Onlardan üçü artıq göndərilib, 2 qatar isə göndərilmək üzrədir.

Şirkət rəhbəri qeyd edib ki, daha 5 qatarın Azərbaycana satılma ehtimalı var.