Bakıda daha bir yol “Formula-1“lə əlaqədar bağlanacaq

Bakıda daha bir yol “Formula-1“lə əlaqədar bağlanacaq backend

Bakıda "Formula-1" yarışının keçirilməsi ilə əlaqədar olaraq su borularının dəyişdirilməsi məqsədilə fevralın 10-11-də İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq.

Qaziler.az bildirir ki, bu barədə "BakuBus" MMC-dən "Report"a daxil olan məlumatda bildirilir.
Qeyd edilib ki, bu küçələrlə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcək. "BakuBus"a məxsus 6 saylı marşrut avtobusları da müvəqqəti olaraq hərəkət istiqamətini dəyişəcək və Şəhidlər xiyabanı istiqamətində hərəkətinə davam edəcək.