Ziya Məmmədov bu qaydanı ləğv etdi

Ziya Məmmədov bu qaydanı ləğv etdi backend

Azərbaycan Nəqliyyat Nazirliyi “Dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında” 2013-cü il 5 aprel tarixli qərarını ləğv edib. Report-un xəbərinə görə, bununla bağlı qərarı Nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.

Qərar Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixldə imzaladığı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərmanının 2.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Ləğv olunan qərar dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışını tənzimləyirdi.