Azərbaycanda isti qurşaqların sahəsi genişlənəcək - İqlim dəyişir

Azərbaycanda isti qurşaqların sahəsi genişlənəcək - İqlim dəyişir backend

“İqlim dəyişmələri Azərbaycanda landşaft qurşaqlarının sərhədlərinin yuxarı irəliləməsinə, isti və mülayim qurşaqların sahəsinin genişlənməsinə, soyuq qurşaqlarının sahəsinin isə azalmasına gətirib çıxaracaq. Bu, proqnoz təxminən 2050-2070-ci illər aralığına hesablanıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

O qeyd edib ki, iqlim dəyişmələri Azərbaycanda meşələrin sahələrinin azalmasına da təsir göstərəcək: “Eyni zamanda, iqlim dəyişmələri bəzi orta və alçaq dağlıq zonada dəmyə əkinçiliyinin sahəsinin azalmasına gətirib çıxaracaq”.