SOCAR ötən ay dövlət fonduna 118 milyon manat ödəyib

SOCAR ötən ay dövlət fonduna 118 milyon manat ödəyib backend

SOCAR bu ilin yanvar ayı dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərini açıqlayıb. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ötən ay SOCAR dövlət büdcəsinə 117 mln. 691 min manat vəsait ödəyib. Bu, 2015-ci ilin yanvar ayı ilə müqayisədə 811 min manat və ya 0,7% azdır.

Bundan əlavə, bu ilin yanvar ayında SOCAR DSMF-yə 10 mln. 128 min manat vəsait köçürüb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 1 mln. 803 min manat və ya 11,1% azdır.