Gənclər şəhid lövhələrini təmizlədi - ÖRNƏK

Gənclər şəhid lövhələrini təmizlədi - ÖRNƏK backend

“Yeni Üfüq“ Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Hər ay bir gün” adlı layihəni davam etdirir

Birlikdən verilən Qaziler.az saytına verilən məlumata görə, “Yeni Üfüq”ün gənc fəalları şəhərin müxtəlif yerlərində şəhid lövhələrini, eləcə də ətrafda təmizlik işləri həyata keçirib. Birliyin sədri Sevinc Əzimbəylinin verdiyi məlumata görə, il boyu hər ay bir gün “Yeni Üfüq”ün gəncləri millətimizin şəhid övladlarının yaşamış olduğu binalara vurulmuş şəhid lövhələrini, eləcə də bu lövhələrin ətrafında təmizlik işlərini həyata keçirir.

Birlik sədrinin sözlərinə görə, belə aksiyaların əsas məqsədi ölkəmizdə milli -vətənpərvərlik hisslərinin gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdir: “Biz həm də hər ayın bir günü şəhidlərimizi yad etməklə onlara borclu olduğumuzu insanlarımıza aşılamağa çalışırıq”
Diaspora