Azərbaycan və ATƏT insan alveri problemini müzakirə edəcəklər. Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, məsələ ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Madina Carbusınovanın Azərbaycana səfəri zamanı müzakirə olunacaq.
Martın 9-dan 13-dək davam edəcək səfər zamanı M.Carbusınova Azərbaycanın rəsmi şəxsləri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.Azərbaycan və ATƏT insan alveri problemini müzakirə edəcəklər

