“Palmali“ öz tərshanəsində inşa etdiyi ilk gəmisini suya endirdi

“Palmali“ öz tərshanəsində inşa etdiyi ilk gəmisini suya endirdi backend

Palmali Şirkətlər Qrupunun Türkiyənin İzmit bölgəsində yerləşən “Armada Shipyard” tərsanəsində ilk gəminin suya salınma mərasimi keçirildi. Gəminin əsas korpusunun inşası 2014-cü ilin may ayında başlamışdı.

Trend xəbər verir ki, yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.

Təntənəli tədbirə "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, Rusyanın Istanbuldakı Baş konsulu Alexey Yerxov, nüfuzlu iş adamları və siyasətçiləri də qatılıb. Mərasimdə söz alan Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bu il daha 4 gəminin öz tərsanəsində buraxılacağını dedi.

Yelena Storojeva-Qolovuşkina anasının adını daşıyan gəminin xaç anası olub və dənizçi adət-ənənələrinə uyğun olaraq şampan şüşəsini gəminin gövdəsinə çırparaq gəmiyə uğurlu yol arzulayıb.

Olqa Qolovuşkina neft sənayesinin, xüsusilə də loqistika sahəsinin tanınmış isimlərindən biridir. Palmalinin önəmli tərəfdaşlarından biri olub. Mübariz Mənsimovun bir vəfa borcu var idi və onun xatirəsini də belə yaşatdı.

Gəminin texniki xüsusiyyətlərinə görə Volqa-Don bərə keçidindən və Volqa-Baltiysk su yollarından keçmə qabiliyyətinə malikdir. Tanker dəniz şəraitində 7500 ton dedveyt yük götürür.

“Palmali” şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır. Həmçinin şirkət digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.
Diaspora