Sərnişin avtobusları ilə bağlı yenilik

Sərnişin avtobusları ilə bağlı yenilik backend

Azərbaycanda sərnişin daşıyan avtobus sürücüləri üçün maksimum yaş məhdudiyyəti tətbiq edilir.

Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, bu məsələ “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə də əksini tapıb. İndi “D” kateqoriyası üzrə yaşı 21-dən, “D-E” kateqoriyası üzrə isə yaşı 24-dən və bu sahədə təcrübəsi 3 ildən az olmayan sürücülər sərnişindaşımaya buraxılır. Yeni dəyişikliyə görə, “D” kateqoriyası üzrə yaşı 22-dən az 65-dən çox olmayan və bu sahədə təcrübəsi 5 ildən az olmayan sürücülər sərnişindaşımaya buraxılacaq. “D-E” kateqoriyası üzrə isə yaşı 25-dən az və 65-dən çox olmayan sürücülər sərnişindaşımaya cəlb oluacaq. Bu dəyişiklik sərnişindaşımada təhlükəsizliyin təmin edilməsi və bu işdə məsuliyyəti artırmağa yönəlib.

Layihə Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.