“Bakı 2015” İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa toy şənlikləri də keçirmək mümkün olacaq.
Qaziler.az “anspress.com”-a istianadən xəbər verir ki, bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib. Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacağı bildirilir.Qeyd edək ki, stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub. Martın 18-də isə Bakı Olimpiya Stadionunun açılışı olub.
Stadion 60 mindən çox nəfər tamaşaçı tutumuna malikdir.