Bu gün aparılacaq təmir işləri ilə əlaqədar olaraq Baki Dairəvi-1 avtomobil yolunun "Şamaxinka" deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.
Qaziler.az bildirir ki, bu barədə “APA-Economics”ə “Azəryolservis” ASC-dən məlumat verilib.Təmir işlərinin axşam saatlarınadək aparılması nəzərdə tutulub. Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.