“Baku Bus”ın 5 saylı marşrutunun hərəkət istiqaməti dəyişib

“Baku Bus”ın 5 saylı marşrutunun hərəkət istiqaməti dəyişib backend

Fevralın 4-ü axşam saatlarından etibarən Bakının müəyyən küçələrində avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-ı səhər saatlarınadək davam edəcək. Lent.az-ın məlumatına görə, bu səbəblə “Baku Bus”ın 5 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub. Belə ki, 5 saylı marşrut avtobusları 20-ci sahədən “Azneft” meydanına qədər, əks istiqamətdə isə Nərimanov metro stansiyasının önündən Sahil metro-stansiyasının önünə qədər hərəkət edəcəklər.

Qeyd edək ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.