Saytlardan birində ev qiymətinə mobil nömrə satışa qoyulub. Eyni rəqəmlərin ahəng təşkil etdiyi mobil nömrənin qiyməti 80 min manatdır.
Bununla bağlı elan internet saytlardan birində yerləşdirilib.Qaya Əliyev adlı şəxs elan edib ki, 050-777-77-77 mobil telefon nömrəsini 80 min manata satır. Hətta əlavə edib ki, bu rəqəm nömrənin son qiymətdir.
Bu cür ardıcıl qoşa rəqəmlərin düzüldüyü mobil telefon nömrələri əsasən daha yaxşı yadda qaldığı üçün maraq doğurur. İndiyədək bir neçə min manata bənzər nömrələrin satışı çox eşidilirdi. Ancaq 80 min manatlıq nömrə ilk dəfədir ki, görülür.
Üstəlik nömrə 050 ilə başlayır. Bu deməkdir ki, 077 ilə başlayan bundan da baha satışa qoyula bilər. Ancaq bu qiymətə nömrə alanın olub olmayacağı daha maraqlıdır.