Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə 2016-2017-ci tədris ili üçün qəbul planı təsdiqlənib. AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Akademiyanın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyun, müsahibəsi isə 13, 14, 16, 17 iyun 2016-cı il tarixlərində keçiriləcək. Bu il AMEA-nın magistraturasına 15 ixtisas və 39 ixtisaslaşma üzrə 63 yer nəzərdə tutulub.
Xatırladaq ki, 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.AMEA-nın magistraturasına qəbul planı təsdiqlənib

