Ötən ay BTC-dən 2,3 milyon ton Azərbaycan neft nəql olunub

Ötən ay BTC-dən 2,3 milyon ton Azərbaycan neft nəql olunub backend

2016-cı ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 288 min 590 ton Azərbaycan nefti nəql olunub. Socardan Lent.az-a verilən məlumatına görə, kəmər istifadəyə verilən gündən 2016-cı il fevral ayının 1-ə qədər BTC-yə 294 milyon 963 min 979 ton neft vurulub.


Bundan başqa, 2016-cı ilin yanvar ayında BTC kəməri ilə 358 min 533 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

2016-cı ilin yanvar ayı ərzində 2 milyon 848 min 91 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 510 min 914 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il fevral ayının 1-ə qədər Ceyhan limanından 294 milyon 41 min 863 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.