Azərbaycan Silahlı Qüvvələri üçün yeni nizamnamələr hazırlanır

Azərbaycan Silahlı Qüvvələri üçün yeni nizamnamələr hazırlanır backend

Azərbaycan Silahlı Qüvvələri üçün yeni nizamnamələr hazırlanır. Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilib ki, 2014-cü ildə Müdafiə Nazirliyi tərəfindən Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin, Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və İntizam Nizamnaməsinin yeni layihələri hazırlanıb.

Onlardan Sıra Nizamnaməsi müdafiə naziri general-polkovnik Zakir Həsənovun 24 dekabr 2014-cü il tarixli qərarı ilə artıq qüvvəyə minib. Digər nizamnamələrin təkmilləşdirilməsi üzərində isə iş aparılır.

Xatırladaq ki, yeni Sıra Nizamnaməsində əsgəri salamlaşmanı başıaçıq da verməyə icazə verilir. Sıra duruşunda və papaq tutuşu və yerişdə salam verərkən sıra addımı ilə yerimək ləğv olunub. “Azad” vəziyyəti buna qədər mərasimlərdə tətbiq olunan “azad” vəziyyəti ilə əvəz olunub. Yəni həm “azad”, həm də “mərasim azad” vəziyyətində əllər arxada olur. Nizamnamədə sıradan kənarda yerində vəziyyətində və hərəkətdə başıaçıq olarkən əsgəri salamlaşma ümumi qaydada, yəni sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmaq, barmaqlar bir yerdə, ovuc düz, dirsək çiyin səviyyəsində olmaqla verilir.
Diaspora