Bakıda “NAZ-Lifan”ı qaçırıb satmaq istədilər

Bakıda “NAZ-Lifan”ı qaçırıb satmaq istədilər backend

Bakıda avtomobil qaçırılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus “NAZ-Lifan” markalı avtomobil qaçırılıb.

Avtomobil fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar edilib. Həyata keçirilmiş tədbirlərlə avtomobili qaçırmış Bakı şəhər sakini Camal Məmmədov tutulub.